“American Airlines” şirkəti “Boeing”dən təzminat istəyir

Date:

Paylaş:

“American Airlines” “Boeing” şirkəti ilə “737 Max” təyyarələrinin istifadəsiz qalması ilə bağlı təzminat ödənişi barədə danışıqlara başlayıb.

Bu barədə AP xəbər verir.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında və 2019-cu ilin mart ayında baş vermiş iki böyük qəzadan sonra dünyada “Boeing 737 Max” təyyarələrinin uçuşlarına qadağa qoyulub. Donanmasında 24 ədəd bu tipli təyyarə olduğu “American Airlines” şirkətinin bununla bağlı 2019-cu il ərzindəki maddi zərəri ilkin hesablamalara görə 540 milyon dollar məbləğində dəyərləndirilir.

Hazırda təzminatın hansı formada ödəniləcəyi barədə müzakirələr gedir. “Boeing” təmsilçisi təzminatın qismən təyyarə parçaları, yaxud “American Airlines” əməkdaşlarına təlim keçmək şəklində də ödənilə biləcəyini qeyd edib.

Bundan əvvəl “Boeing” “Souttwest Airlines” və “Turkish Airlines” şirkətlərilə təzminat barədə razılığa gəlsədə, hər iki halda məbləğ açıqlanmayıb.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...