Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi malların satınalınması məqsədilə tender elan edir.
Tender 1(bir) lot üzrə keçiriləcəkdir.
Lot-1. Digər maşın və avadanlıq maddəsi üzrə malların satınalınması.
Maraqlananlar 100 (yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
VÖEN-1700007431
Bank- DXA
Kod-210005
VÖEN- 1401555071
M/h-AZ41NABZ 01360100000000003944
SWIFT-CTREAZ22
H/h-AZ28CTRE 00000000000004138316
Fond-7, büdcə təsnifatı kodu- 142340.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada tender komissiyasına təqdim etməlidirlər: – tenderdə iştirak etmək üçün yazılı müraciət; – iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; – tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır); – tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank təminatı (zərflər açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır); – malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər: – malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər; – malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat; – malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı; – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; – son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti; – sənədlər təqdim olunan tarixə DSMFyə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış; – məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat; – son bir ildə yerinə yetirilmiş analoji işlərin ünvanı göstərilməklə ətraflı məlumat. Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 22 aprel 2019-cu il saat 17 .00-dək tender komissiyasına təqdim etməlidirlər. Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs N.Abbasova (telefon 012-492-59-76) müraciət edə bilərlər. İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanıb möhürlənmiş, ikiqat bağlanmış zərfdə 2 may 2019-cu il saat 17 .00 –dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında tender komissiyanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 3 may 2019-cu il saat 11.00 -da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.