Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Amazon”un xalis mənfəəti rekord vurub

“Amazon”un xalis mənfəəti rekord vurub

168
Paylaş

Şirkət bildirib ki, 2019-cu ilin  3 ayı ərzində “Amazon”un xalis mənfəəti rekord 3, 56 milyard dollar olub. Jurnalistlər internet-reteyleri “ pul kəsən maşın” adlandırıblar.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ( 1,6 milyrd dollar ) onlayn- reteylerin xalis mənfəəti 2 dəfədən çox olub. CNN telekanalı qeyd edib ki, göstərici 6 rüb ard-arda 1 milyard dollar-ı aşır. Bununla artıq 4 rüb ard-arda “Amazon”un xalis mənfəəti rekordu vurub.

İlin birinci rübündə şirkətin gəliri 17% artaraq demək olar ki,60 milyard dollar olub. Lakin faiz artımında ən minimal göstərici 2015-ci ildə olub. CNN bunu “Amazon”un pullarını qazanan maşının biraz zəifləməsinə işarə” kimi adlandırıb.

2018-ci ildə internet-reteylerin xalis mənfəəti 10,1 milyard dollar olub. Bu, 2017-ciildəkindən 3 dəfə çoxdur. Bununla belə, bir ilə gəlir 30% artaraq 232,9 milyard dollara çatıb.

Inc-in açıqlamasına görə, jurnalistlər “Amazon”un skladlarında xüsusi avtomatik sistemin fəaliyyət göstərdiyini biliblər. O, əməkdaşların iş qabiliyyətini izləyir, onlara xəbərdarlıq edir və hətta supervayzerlərin iştirakı olmadan kimisə işdən qova bilər.