Amazon internet şirkətinin sahibi Ceff Bezosun sərvəti cümə günü 100 milyard dollara çatıb.
Bu barədə Bloomberg məlumat yayıb. Agentlik bildirir ki, Bezosun kapitalı Amazon-nun səhmlərinin bahalaşması sayəsində artıb. Bu da öz növbəsində ABŞ-da keçirilən və ticarət obyektlərinin böyük endirimlər etdiyi “qara cümə”də satışların artması səbəbindən baş verib.
Ötən ayın sonlarında 53 yaşlı Bezos milyarderlər reytinqində Microsoft-un banisi Bill Qeytsi sıxışdıraraq birinci yeri tutub. Həmin vaxt Amazon-unun sahibinin sərvəti 93 milyard dollardan bir qədər çox idi. İndiyədək 100 milyard həddini 1999-cu ildə Bill Qeyts keçib. Hazırda isə onun sərvəti 89 milyarda qədər azalıb.
© Azərtac