Əsas səhifə Biznes Amazonun səhmləri rekord qırdı

Amazonun səhmləri rekord qırdı

940
Paylaş

Nyu-York birjasında əməliyyat görən Amazon-un səhmləri cümə gününü 995,78 dollardan bağlanmasının ardından, bu gün 0,5 faiz bahalaşaraq 1001,20 dollara qədər yüksəlib.

Beləliklə, şirkətin səhmləri tarixdə ilk dəfə min dolların üzərinə çıxaraq rekord qırıb. “Marja” xəbər verir ki, Şirkətin bazar qiyməti də təxminən 479 milyard dollara çatıb.

ABŞ şirkəti “Needham & Company”nin keçən ay dərc olunan araşdırma hesabatına görə, 2016-da Amerika pərakəndə sektorunda 34 faiz payı olan Amazon-un sektordakı bazar payının 2021-ci ildə 50%-ə çıxacağı ehtimal edilir.

Apple, Google-ın baş təşkilatı Alphabet və Microsoft-dan sonra Amazon dünyanın ən dəyərli 4-üncü şirkətidir.