Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Amazon”un rəhbərinin sərmayə qoyduğu 15 şirkət – Video

“Amazon”un rəhbərinin sərmayə qoyduğu 15 şirkət – Video

162
Paylaş

“Bizplus.az” bu dəfə boşanma xəbəri ilə yenidən gündəmə gələn Ceff Bezosun investisiya qoyduğu 15 şirkət haqqında yazıb.

Xatırlatmaq istərdik ki, “Amazon”un rəhbəri Ceff Bezos yazıçı həyat yoldaşı – Makkenzi Bezosdan 25 ildən sonra boşandığı haqqında yazmışdıq. Ceff Bezos 137 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanıdır.

Əgər o yoldaşından ayrılacaqsa, bu halda sərvətinin yarısını həyat yoldaşına verəcək. Nəticədə, dünyanın ən zəngin insanı yenə “Microsoft”un təsisçisi Bill Qeyts olacaq.

BBC yazır ki, Makkenzi Bezos sərvətin yarısına sahib olduğu təqdirdə, kosmetika nəhəngi “L’Oreal’” qurucusunun nəvəsi Françoise Bettencourt Meyersi keçəcək və 68,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı qadını olacaq.