İspaniyanın iki vətəndaşı çatdırılma xidməti olan Amazonun daxili iş qaydalarındakı boşluqdan istifadə edərək 370 min dollar qazanıb. Bunu onlar adi tullantıların köməyi ilə ediblər.
Amazon əməkdaşları qaytarılan bağlamanı açmadan onun çəkisini ölçürlər. Bundan istifadə edən ispaniyalı gənclər belə bir sxemə əl atıblar – onlar Amazondan məişət və kompyuter texnikası sifariş ediblər və onu çəkisini ölçərək götürüblər, qutunu isə həmin çəki miqdarında tullantılarla dolduraraq qaytarıblar. Daha sonra bağlamanın qaytarılmasını rəsmiləşdirərək ödənişi geri götürüblər.
Aldıqları texnikanı satıblar. Onlardan biri bunun üçün hətta şəxsi Kwartech onlayn-mağazasını da açıb və orada onlar istifadə olunmamış və paketləşdirilməmiş avadanlıqları aşağı qiymətə satıblar.Onların bu fırıldağı bir neçə il çəkib və bu illər ərzində 370 min dollar qazana biliblər.
Əməllərinin üstü Amazonun Barselonadakı bölməsinin işçiləri tərəfindən açılıb. Onlar çoxlu tullantılarla dolu geri qaytarılmış bağlamalar alıblar və şikayətdən sonra qaydaları sərtləşdiriblər.
19 və 20 iyunda Barselona polisi hər iki fırıldaqçını tutub.