Əsas səhifə Biznes sahələri Texnologiya “Amazon”a qarşı görünməmiş dələduzluq – 1,2 MİLYON DOLLAR

“Amazon”a qarşı görünməmiş dələduzluq – 1,2 MİLYON DOLLAR

753
Paylaş
Adelaide, Australia - August 18, 2013: Browsing the ebay webpage on an ipad. eBay is one of the largest online auction and shopping websites in the world.

ABŞ-ın İndiana ştatından Erin və Liya Finan cütlüyü məşhur internet-mağazalardan olan “Amazon”a qarşı külli miqdarda dələduzluq edib.

Adelaide, Australia – August 18, 2013: Browsing the ebay webpage on an ipad. eBay is one of the largest online auction and shopping websites in the world.

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, sözügedən  saytdan yüzlərlə saxta istifadəçi adını qeydiyyatdan keçirən Finan cütlüyü oradan məhsul sifariş edib, sonra da “yararsızdır” bəhanəsi ilə geri göndərib.

“Amazon”un qaydalarına əsasən, yararsız məhsulu yenisi göndərilənədək qaytarmaq vacib deyil. Finanlar da məhz bu boşluqdan istifadə ediblər – onlar sifariş etdikləri məhsulu alan kimi dərhal yararsız olması barədə bildiriş göndərib, yenisinin göndərilməsinə nail olublar. Bununla da bir məhsuldan bir neçəsinə sahib olublar. Amma nə onlar “yararsız” məhsulu geri göndəriblər, nə də “Amazon” həmin məhsulun qaytarılmasını tələb edib.

Saxtakarlığın ifşa olunmaması üçün cütlük çox zaman başqa adamların adından istifadə edib. Bununla da Finanlar internet-mağazaya ümumilikdə 1,2 milyon dollar ziyan vurub.

Xatırladaq ki, şirkət bununla bağlı artıq məhkəməyə müraciət edib. Təqsiri sübuta yetirilərsə, cütlüyü 20 ilədək həbs cəzası gözləyir.