“Amazon” anbar işçilərinin əməyini oyun prosesinə çevirməyə cəhd edib. Bu yolla şirkət, əməkdaşlarının daha da effektiv işləməsinə nail olmaq istəyir.
Oyun əməkdaşların iş yerlərindəki ekranlarda yayımlanır. Onları komandalara bölürlər və sifarişləri yerinə yetirdikcə iştirakçılar bal qazanırlar. Robot piştaxtaya çatanda proqram hansı məhsulu seçib konteynerə yerləşdirmək lazım olduğunu göstərir.Oyun tapşırıqların icra edilməsi vaxtını təyin edir, ən sürətli işçi adı uğrunda mübarizədə fərdi əməkdaşları, komandaları və ya bütün mərtəbələri qarşılaşdırır.Oyunçular ballar, virtual fərq işarələri və s. ilə mükafatlandırılırlar.İşçilər özləri oyunda iştirak edib-etməmələri ilə bağlı qərar verirlər.
Washington Post xəbər verir ki, Amazonun eksperimenti “aşağıkeyfiyyətli əməyi oyunlaşdırma”ya yönəlib. Uber və Lyft də sürücülərini oxşar motivasiya ilə mənimsəyib, lakin Amazondan fərqli olaraq, onları ballarla və işarələrlə deyil, pulla mükafatlandırır. Onlar məsələn, sürücüyə həftə ərzində 60 gediş və müəyyən məsafə tapşırırğı verirlər.
Inc deyib ki,Amazon işçiləri cazə oluncaqlarından qorxduqları üçün fasilə də edə blmirlər. Əməkdaşlardan biri həm də bildirib ki, ona bir dəqiqədə 2 məhsulu qablaşdırmaq tapşırılıb.Onun sözlərinə görə, skladda xüsusi skaner var və o, bağlamaların sayını təyin edir, həmçinin, hədəfə çatmaq üçün neçə bağlamanın qalması barədə xəbərdarlıq edir.
Mayın əvvəllərində məlum olub ki, son dörd il ərzində Amazon hamiləliyə görə qovulanların şikayəti ilə üzləşib və bu şikayətlərin sayı 7-dən çoxdur.