Amazonun Orta Şərqin ən böyük e-ticarət şirkətlərindən Souq.com’u satın alacağına dair söz-söhbətlər sonunda təsdiqləndi. Müxtəlif mənbələrdən gələn xəbərlərə görə Amazon, Souq.com şirkətini bütövlükdə 650 milyon dollara satın almaq üçün razılaşma əldə edib.
Orta Şərqin Amazonu kimi tanınan Souq.com bölgənin ən böyük e-ticarət şirkətlərindən biridir. 2017-ci ilin yanvar ayında Souq.com’un 30 faizini 1 milyard dollar məbləğində satın alacağı deyilən Amazonun daha sonra fikrindən daşındığı məlumdur. Görünür tərəflər sonradan daha uyğun bir məbləğə razılıq əldə ediblər.
Amazonun Souq.comu satın alması Orta Şərq bölgəsindəki varlığını ciddi şəkildə gücləndirəcək. Çünki bu gün ABŞ xaricində Hindistandan Çinə, Braziliyadan Yaponiyaya və Avstraliyaya geniş bir coğrafiyada 13 fərqli ölkədə ofisləri olan Amazonun Orta Şərqdə heç bir ofisi yox idi.
Mənbə: webrazzi