Amazonun ortaq iş platforması Slack’ı 9 milyard dollar qarşılığında satın alacağı iddia edilir. Bəs Amazon Slack’ı satın almağı niyə istəyir?
Korporativ rabitə və ortaq iş platforması olan Slack, qısa bir müddət içində proqram dünyasının ən böyük satın almalarından birinə mövzu ola bilər. 2013-c ildən bu yana dünya səviyyəsində; Airbnb, Harvard Universiteti, Samsung və BuzzFeed’in də arasında olduğu bir çox şirkət və universitet tərəfindən slackı almaq istəyən bir çox şirkət var. Slack’in təqibçiləri arasında ən çox diqqət çəkən isə e-ticarət nəhəngi Amazondur. Bloomberg’in iddiasına görə nəhəng şirkət Slack’i satın almaq üçün 9 milyard dollar ödəmək fikrindədir.
Amazonun bu günə qədər satın almada ödədiyi ən yüksək miqdar 2014-ci ildə Twitch’i satın alarkən ödədiyi 970 milyon dollardır. Üstəlik ümumilikdə 500-ə yaxın işçisi olan Slack’in ümumi dəyərinin 3.8 milyard dollar olduğunu nəzərə alsaq Amazonun ödəmək istədiyi miqdar olduqca yüksək görünür ancaq analitiklərə görə Amazon bu miqdarı ödəmək üçün etibarlı səbəblərə sahibdir. ABŞ-ın 5 böyük texnologiya şirkətində biri olaraq göstərilən Amazon, rəqibi olan; Apple, Microsoft, Facebook və Google-un əksinə hər hansı bir mesajlaşma platformasına sahib deyil. İddialara görə Amazon, Slack’i satın alaraq gələcəkdə bir mesajlaşma platformasına inteqrasiya edib sürətlicə rəqiblərinə yetişmək istəyir. Ayrıca Amazonun bulud servisi olan AWS’i Slack ilə uyğun bir şəkildə təşkilati istifadəçilərinə təqdim edərək bulud xidmətləri sahəsində lider olan Microsoftu geridə buraxmağa çalışacağı da iddia edilir.