“Amazon” şirkəti Fransadakı tərəfdaşları üçün xidmətlərin qiymətini qaldıracaq

Date:

Paylaş:

İnternet ticarət şirkəti olan “Amazon” Fransa hökumətinin rəqəmsal sahənin nəhəngləri olan GAFA-ya (“Google”, “Amazon”, “Facebook”, “Apple”) tətbiq etdiyi vergi yükünü kompensasiya etmək üçün bu ölkədəki tərəfdaşlarına göstərilən xidmətlərin qiymətlərini qaldıracaq. “Frans-Press” agentliyinin məlumatına görə, bu barədə “Amazon”dan bildirilib: “Bu vergi birbaşa bizim birgə işlədiyimiz şirkətlərə göstərdiyimiz xidmətlərə təsir edəcək. Bizim başqa seçimimiz yoxdur”, – “Amazon”un nümayəndəsi deyib.

Qeyd edək ki, iyulun 11-də Fransa parlamentinin yuxarı palatası – Senat rəqəmsal xidmətlər göstərən şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Yeni qanuna əsasən, bu vergi dünya internet nəhənglərinin 2019-cu il yanvarın 1-dən Fransada əldə etdikləri gəlirdən tutulacaq və ölkədəki ticarət dövriyyəsinin 3 faizini təşkil edəcək. Vergini dünyadakı dövriyyəsi 750 milyon avrodan, Fransadakı dövriyyəsi isə 25 milyon avrodan artıq olan şirkətlər, eləcə də internet reklamı, şəbəkə satışı sahəsində fəaliyyət göstərən şirkətlər ödəyəcəklər.

Gözlənildiyinə görə, 2020-ci ildə informasiya texnologiyaları şirkətlərindən Fransa büdcəsinə daxil olacaq vergilərin həcmi 650 milyon avroya çatacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...