“Amazon” şirkəti dünyada İT xərclərinə görə liderdir

Date:

Paylaş:

Şirkətlər arasında informasiya texnologiyalarına (İT) hamıdan çox investisiya “Amazon” tərəfindən yatırılır. Bu barədə “The Wall Street Journal” qəzeti “IDC” analitik şirkətinə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət analitiklərinin hesablamalarına görə, “Amazon” şirkətinin 2018-ci ildə İT avadanlığı, proqram təminatı, İT və telekommunikasiya servisləri, eləcə də İT işçi heyəti üçün ümumi xərcləri 13,6 milyard dolları ötüb.

Bu xərclərə görə ikinci yeri “Google” şirkətinin əsasında yaradılan “Alphabet” holdinqi tutub. Holdinq təxminən 12 milyard dollar sərf edib ki, bu da onun yaxın izləyicisi – dünyanın nəhəng pərakəndə satış şəbəkəsi “Walmart”dan xeyli çoxdur.

Bildirilir ki, “Amazon” şirkətinin İT büdcəsinə görə liderliyi “bulud” biznesinin inkişafı üçün fəaliyyət göstərən data mərkəzlərinin genişləndirilməsinə və yenilərinin inşasına investisiya qoyuluşu ilə əlaqədardır.

“IDC” şirkətinin analitiki Devid Lantsman qeyd edib ki, data mərkəzləri üçün server və digər infrastruktura İT xərclərinin böyük hissəsi “Amazon” və “Google” şirkətlərinin payına düşür. Bu isə onların biznes sahəsinə İT büdcəsini azaltmağa kömək edən “bulud” servisləri satması ilə izah olunur.

2018-ci ilin yekunlarına görə, ən çox İT xərclərinə malik şirkətlər onluğuna, həmçinin “JPMorgan Chase” və “Microsoft” (hərəyə təxminən 9,2 milyard dollar), “Bank of America” (8,4 milyard dollar), “Facebook” (7,9 milyard dollar), “AT&T” (6,6 milyard dollar), “Wells Fargo” və “Citigroup” (6,6 milyard dollar) daxildir.

Beləliklə, ilk onluğa daxil olan dörd şirkət maliyyə sektorunu təmsil edir. D.Lantsman bunu bankların informasiya təhlükəsizliyi və internet bankçılıq texnologiyalarına investisiya yatırmaq istəyi ilə izah edir.

“Gartner” analitik şirkətinin proqnozuna görə, 2019-cu ildə qlobal İT bazarının həcmi 3,2 faiz artaraq 3,8 trilyon dollar təşkil edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...