Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Amazon” riteylerin səhmləri ilə Rivian startapının 100 min elektrofurqonunu sifariş edib

“Amazon” riteylerin səhmləri ilə Rivian startapının 100 min elektrofurqonunu sifariş edib

122
Paylaş

Qeyd edək ki, Rivian keçən ilin payızında ilk elektrik avtomobillərini təqdim edib və hələ ki, istehsal seriyasına başlamayıb.

Rivian “Amazon” üçün 100 min elektrik furqon istehsal edəcək. CNBC  bildirir ki,bu barədə “Amazon”un baş direktoru Jeff Bezos xəbər verib.

Onlayn riteyler Rivian furqonlarını sifarişlərin çatdırılması üçün istifadə edəcək. İlk avtomobillər yola 2021-ci ildə çıxacaq, 2024-cü ilə isə “Amazon” onların sayını 100 minə çatdırmağı düşünür.  “Amazon”un birinci vitse-prezidenti Dave Clark müqaviləni tarixin ən böyük elektrik avtomobil təminatı sifarişi adlandırıb.

Xatırladaq ki, “Amazon” 1,9 milyard dollar cəlb etmiş Rivian şirkətinin ən iri səhmdarlarından biridir və tərəfdaşları ilə birgə 2019-cu ilin fevralında startapa 700 milyon dollar yatırım edib.

“Amazon” iqlim dəyişikliyi ilə və atmosferdə zərərli tullantıların həcminin azalması uğrunda mübarizə təşəbbüsü çərçivəsində elektik furqonlardan istifadəyə keçir.