“Amazon” rəhbəri qeyri-etik şəkillərini dərc etmiş  jurnal satışa çıxarılıb

Date:

Paylaş:

“Amazon” rəhbəri Ceff Bezosun çılpaq şəkillərini dərc etmiş “National Enquirer” jurnalı satışa çıxarılıb.

CNBC-nin məlumatına görə bununla bağlı “American Media” holdinqinin baş direktoru və sarı nəşrin baş redaktoru Devid Peker bəyanat verib.

Onun sözlərinə görə, potensial sahibin jurnalın imkanlarından daha geniş istifadə etmək şansı olacaq.

O, “American Media” holdinqinin digər platofrmaları, o cümlədən, podkastlar və layvstrim (canlı yayım – red.) reportajları inkişaf etdirmək fikrində oldğunu bildirib.

Peker nəşrin hansı qiymətə satışa çıxarılacağını açıqlamayıb.

Xatırladaq ki, jurnal “Amazon” şirkətinin sahibi Ceff Bezosun intim şəkillərini dərc etməzdən əvvəl, fevral ayında Bezos “National Enquirer” “sarı” nəşrinin rəhbərinin onu açıq-saçıq fotoşəkillərini dərc etməklə şantaj etdiyini bəyan etmişdi.

Bezosun sözlərinə görə, Devid Pekerin vəkilləri onunla əlaqə yaradaraq, redaksiyaya qarşı şikayətini geri götürməyəcəyi təqdirdə telefon ismarıclarını (SMS) və intim fotoşəkillərini yayacaqları ilə hədə-qorxu gəlib. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...