Əsas səhifə Biznes sahələri Texnologiya Amazon “ovuc izi” ödəniş terminalı texnologiyası üzərində işləyir

Amazon “ovuc izi” ödəniş terminalı texnologiyası üzərində işləyir

118
Paylaş

Amazon şirkəti bank kartının sahibi barədə məlumatları onun ovcunu skan edərək oxuya biləcək ödəniş terminalları yaradır. Bu barədə WSJ xəbər verir.

Texnologiya hələ ki ilkin mərhələni yaşayır. Şirkət ödəniş prosesini ondan köməkçi vasitələri ( kartlar və smartfonlar) yığışdırmaqla sadələşdirmək niyyətindədir. Bununla da Amazon, telefonlarında elektron cüzdanları tətbiq edən rəqiblərini üstələmək istəyir.

Ovuc içi ilə ödəniş terminallarını ilk öncə ayaqüstü qida (fastfood) şəbəkələrində işə salmaq planlaşdırılıb.

Bəzi WSJ mənbələrinin verdiyi məlumata görə, şirkət daimi alıcı axını olan bizneslərin (məs. kafelər, hazır qida şəbəkələri) bu cihazdan yararlancağına ümid edir.

Amazon bu texnologiyasının tətbiqi ilə bağlı artıq Visa, JPMorgan Chase, Wells Fargo və  Synchrony Financial kimi maliyyə sənayesi nəhəngləri ilə danışıqlar aparır. Ovucla ödənişi Whole Foods mağazalar şəbəkəsində sınaqdan keçirməyə başlayıblar.

Qeyd edək ki, bu texnologiyaya panentlik ərizəsini Amazon 2019-cu ilin dekabrında verib. Tanıma cihazı orada ovucundakı fərdi özəlliklərə ( qatlar, xətlər və damarlar)  əsasən alıcını müəyyən edə bilən skaner kimi yazılıb. Bu biometrik məlumat Amazon buludunda saxlanacaq. Sənəddə o da vurğulanır ki, skanerlər mağazanın girişində və çıxışında yerləşdiriləcək.