Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Amazon “offline”a pul qoyur

Amazon “offline”a pul qoyur

99
Paylaş

Amerikan riteyleri internet-biznesin inkişaf tempinin aşağı düşməsi fonunda pərakəndə mağazların iş perspektivlərinə nəzər yetirir. O, Bostonda 4-Star formatında daha bir mağaza açır və buna  Neşvilledə Amazon Books-u da əlavə edir. Bu yolla Amazon özünün offline-da pərakəndə iştirakını genişləndirir. Bunun üçün o Whole Foods kimi Amazonun pərakəndə mağazalarında əsas payı təşkil edən layihələrə pul qoyur.

Bunu şirkət, yeni inkişaf yollarının axtarışı üçün edir. Son bir neçə rüb ərzində Amazonun internetdə satış həcmi zəif olub.

Lakin son yarım ilin böyük bir hissəsi ərzində Amazonun şəbəkədə pərakəndə satış həcmi eynilə əvvəlki kimi qalıb.

 Məhz fiziki riteyler şirkətə manevr üçün munasib şərait yaradır. Elektron ticarətin sürətli inkişafına baxmayaraq, məhz oflayn mağazalara ABŞ-ın pərakəndə satışının ümumi həcminin demək olar ki, 90%-i gəlir.