Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Amazon Nyu-Yorkda qərargah qurmaqdan imtina edib

Amazon Nyu-Yorkda qərargah qurmaqdan imtina edib

183
Paylaş

Amazon online pərakəndə şirkəti, bəzi yerli sakinlər və siyasətçilərin narazılıqlarına görə  Nyu-Yorkda yeni qərargah qurmayacağını açıqlayıb. Şirkət 2017-ci ilin payızından etibarən iki yeni qərargahın inşası üçün əlverişli yerlər axtarır. Ötən ilin noyabr ayında şirkət, Nyu-York şəhərinin Long Island bölgəsində və Arlington (Virginia) şəhərinin Crystal City ərazisində yerləşdirməyi planlaşdırdığını açıqlamışdı. Amazon Nyu-York ofisinin əvəzini axtarmaq niyyətində deyil.

Riteylerin hesablamalarına görə, yeni qərargahın tikintisi Nyu-Yorkda 25 min iş yerinin yaradılmasını (həm dolaysız, həm də dolayısı ilə) və dövlət xəzinəsinə vergi ayırmalarından yüksək gəlirləri təmin edəcəkdir. Əvəzində, Amazon dövlət və şəhər hakimiyyət orqanlarından 3 milyard dollar dəyərində müxtəlif imtiyazlar alacaqdı, lakin bəzi siyasətçilər tərəfindən dəstəklənən bələdiyyə başçıları, bu  müqaviləyə qarşı çıxıblar. “Sorğular göstərirlər ki, Nyu-York sakinlərinin 70% -i bizim planımızı dəstəkləsə də, dövlət və şəhərdəki bəzi siyasətçilər bu vəziyyətə qarşı olduqlarını açıq şəkildə ifadə edirlər”, – şirkətin mesajında deyilir. Amazon Nyu-Yorkdakı müəssisəyə alternativ variant axtarmağı planlamır.