Məşhur onlayn satış portalı “Amazon” ilk dəfə müştərilərə nağd ödəniş etmək imkanı yaradıb.
Ekspertlər belə bir addım nəticəsində “Amazon”un ənənəvi alış-veriş mərkəzlərilə rəqabətdə xal qazanacağı qənaətindədir.
Bununla yanaşı, “Amazon” 19 ölkədə istifadə olunan “AmazonPay Code” şəbəkəsinin yaxın həftələrdə ABŞ-da da 15 min məntəqədə tətbiq olunacağını, “Amazon Cash” şəbəkəsinin də xeyli genişləndirilərək 100 min məntəqədən xidmət göstərəcəyini açıqlayıb.
“Amazon” vasitəsilə bazarlığın nağd ödənişləri “Western Union” köçürmə şəbəkəsi, habelə CVS apteklər və 7-11 dükanlar şəbəkələrində də qəbul olunacaq.