Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Amazon” kriptovalyuta ödənişlərini qəbul edəcək

“Amazon” kriptovalyuta ödənişlərini qəbul edəcək

144
Paylaş

“Amazon” istifadəçiləri üçün kriptovalyuta ilə ödəniş etmək imkanı yaradıb. Yenilik Moon startapın texnologiyasının köməyi ilə yaradılıb, bu haqda CoinDesk xəbər verir. Tərtibatçılar bizə yeni ödəniş üsulunu təqdim edirlər: Bitcoin, Litecoin və Ethereum kriptovalyutalardan istifadə edərək ödəniş etmək.

“Amazon.com”-da ödəniş əməliyyatlarını yalnız Lightning Network şəbəkəsi vasitəsilə deyil, eyni zamanda Coinbase birjasındakı hesab vasitəsilə də həyata keçirə bilərsiniz. “Moon” un baş icraçı direktoru olan Ken Kruger, 2020-ci ilə qədər LN platforması demək olar ki, bütün e-ticarət saytlarında dəstəklənəcəkdir. Tərtibatçılar “Amazon” nümayəndələri ilə yox, “Visa” və “Mastercard” ödəniş şəbəkələri ilə əməkdaşlıq edirlər.

Cari ilin fevralından etibarən Binance birjasının baş direktoru Chanpeng Zhao, onlayn riteylerin öz kriptovalyutasını buraxmaq niyyətində olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, internet şirkətlərin rəqəmsal puldan ehtiyacları vardır.