“Amazon Go”-ya rəqiblər gəlir

Date:

Paylaş:

“Amazon Go”-nun kassa və kassirsiz  mağazaları yenilikçi bir qərar olsa da tezliklə bu bazarda da yeni oyunçular görünəcək.

Qeyd edək ki, mağazalardan alınan malların ödənişi tətbiq vasitəsilə həyata keçirilir.

“Grabango” və “AiFi” startapları da artıq kassasız mağazaların yaradılması istiqamətində öz təkliflərini irəli sürüblər.

“Grabango” startapı  Pittsburqda ilk “Giant Eagle” ərzaq supermarketini sınaqdan keçirir. “Amazon Go”-dan fərqli olaraq bu startapın mağazasında çoxlu kameralar var və onlar mağazada hər bir məhsulun yerləşməsinə,onların nə zaman piştaxtadan götürülməsinə nəzarət edirlər. Kameralar və datçiklər piştaxtalarda, tərəzilərdə, tavan örtüyünün daxilində və s. məkanlarda yerləşdiriliblər.

Üzləri tanıma texnologiyası ilə tanınan “AiFi” startapı da boyuna, saç düzümünə, geyimlərinin rənginə və digər fiziki özəlliklərinə görə alıcıların mağaza daxilində harada yerləşməsinə nəzarət edir. Kameralar və datçiklərin köməyi ilə isə hər alıcının nə alacağını dəqiq təyin edə bilir. Ödəniş Apple Pay və ya Google Pay vasitəsilə həyata keçirilir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...