“Amazon” geyim satan ən iri şəbəkəyə çevrilir

1
929
Amazon
Amazon

Bu il “Amazon” online ticarət platforması “Macy’ s” ticarət şəbəkəsini ötərək ABŞ-ın ən iri geyim mağazasına çevriləcək.

Lent.az-ın xəbərinə görə, bu barədə “Financial Times” xəbər yayıb. Qəzet “Cowen” investisiya bankının analitiklərinə əsaslanır. Analitiklərin proqnozlarına əsasən 2018-ci ildə “Amazon”un geyim və aksessuar satışı ilə məşğul olan bölməsinin satışları 30% artaraq 28 milyard dollara çatacaq. “Macy`s”in satışları isə 4% azalaraq 22 milyarda enəcək.

“Amazon”un geyim-aksessuar bölməsi çox sürətli artım nümayiş etdirir. Ötən il “Amazon”un bu bazarda payı 6,6% olub. “Cowen”ın proqnozlarına görə, 2018-ci ildə bu rəqəm 8,2%-ə, yaxın 5 ildə isə 16,2%-ə çatacaq.

“Uzun müddət insanlar “Amazon”u tualet ləvazimatları və pişik yeməyi satılan yer kimi qəbul edirdilər. 2014-cü ildə bir çox brend şübhə edirdi ki, “Amazon”la çalışmaq istədiklərini açıq bildirsinlər, ya yox. İndi isə istehsalçılar anlayıb ki, insanlar “Amazon” vasitəsilə mal almağa, o cümlədən geyim almağa hazırdır”, – deyə daha əvvəl “Amazon Fashion”a rəhbərlik etmiş Eleyn Kvon vurğulayıb.

1 COMMENT