Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Amazon” da “Solar City” və “Tesla” günəş panellərinin yanmasından şikayətlənib

“Amazon” da “Solar City” və “Tesla” günəş panellərinin yanmasından şikayətlənib

91
Paylaş

Şirkət daha “Tesla”dan panellər almayacaq.

“Amazon” “Tesla” ilə bağlı qarşıdurmadan danışıb: 2018-ci ilin iyununda Amazonun Kaliforniyadakı anbarlarından birinin damında Teslanın günəş panellərinə görə yanğın olub.

Buna qədər “Walmart” supermarketlər şəbəkəsi də Teslanı belə oxşar yanğın hadisələrinə görə məhkəməyə verib.

Yanğının səbəbi məlum deyil. Business İnsider məlumat verib ki, 2018-ci ildə “Tesla”nın detalları əvəzləmə proqramı olub və onlar “ konnektorlar” adlanırdılar – şirkət deyib ki, Amphenol tədarükçüsünün komponentlərinin 1%-dən azı tələblərə cavab verməyib. Yanğınların bununla bağlı olub-olmaması məlum deyil. Amphenol da vəziyyəti şərh etməkdən imtina edib.