“Amazon” dəyəri 1 trilyon dollar olan ilk şirkət ola bilər

Date:

Paylaş:

Hazırda “Apple” 1 trilyon dollarlıq bazar kapitallaşması ilə dünyada ilk şirkət olmaq yarışında əsas namizədlərdən biridir.

“Firebrand Partners” nəhəng investisiya fondunun qurucusu Skott Qelluey (Scott Galloway) isə hesab edir ki, dəyəri 1 trilyon dollar olan ilk şirkət “Amazon” olacaq.

O, ABŞ-da tipik pərakəndə satış nöqtələrinin 1/3 hissəsinin azalacağını proqnozlaşdırır. Ancaq bundan heç kəs əziyyət çəkməyəcək, çünki daha çox insan məhsulları “Amazon”dan sifariş edir və çatdırılmanın rahat xidmətindən istifadə edirlər.

Onun fikrincə, pərakəndə satış mağazaları yalnız premium məhsulların satışı üçün mövcud olacaq, həmçinin aldıqları əşyanı əllərində saxlamağı sevənlər kateqoriyasından olan insanlar üçün qalacaq.

Yaxın gələcəkdə “Amazon”un payına ABŞ-da ümumi istifadədə olan məhsul satışlarının 98 faizi düşə bilər. Yerdə qalan 2 faiz isə brend əşyalar, aksessuarlar, avtomobillər və digər məhsullar satan şirkətlərə məxsus olacaq.

©Lent.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...