“Amazon” 3000-dən çox Kuiper peykinin istifadəyə verilməsi üçün müraciət edib

Date:

Paylaş:

“Amazon” internet paylanması sistemi üçün 3236 Kuipr peykinin dünya orbitinə buraxılması üçün  ABŞ hökumətinə icazə ilə müraciət edib. Bu barədə Federal rabitə komissiyasına istinadən Bloomberg yazır.

“Amazon” bildirib ki , onun peykləri 590-630 km hündürlükdə işləyəcək. Şirkət qeyd edir ki, layihə kənd ərazisi sakinləri və internet bağlantısına pis qoşulan yerlər üçün yüksək sürətli satbil internet  bağlantısını təmin edəcək. Amzonun hesablamasına görə, Kuiper peykləri “on milyonlarla” istifadəçinin internetə daxil olmasına şərait yaradacaq. 

“Amazon”un dünya üzrə internet paylanması üçün peyk buraxması planları 2019-cu ilin aprelində məlum olub. İyunda bildirilib ki, layihədə Blue Origin kosmik şirkəti iştirak etməyəcək. Bu şirkət Jeff Bezos tərəfindən qurulub. Layihəyə qoyulan investisiyanın məbləği açıqlanmır, lakin Bezosa görə, o, “bir neçə milyard dollardır”. Peyklərin buraxılacağı tarix məlum deyil.

Oxşar layihəni Elon Musk-un SpaceX-i də inkişaf etdirir. Şirkət ilk dəfə 60 Starlink peykini  2019-cu ilin mayında buraxıb. Ümumilikdə SpaceX-ın 11,9 mindən çox kosmik aparat buraxmasına icazəsi var və onları 2024-cü ildə orbitə buraxmağı planlaşdırır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...