Jeff Bezos şəxsən özü ekskavatoru sürüb və tikinti işlərinə start verib. Hava limanı, “Amazon”un, UPS və FedEx-in rəhbərlik etdiyi üçüncü tərəf çatdırılma şirkətləri xidmətindən asılılığını azaldacaq. Ekspertlər belə hesab edirlər ki, bu, 400 milyard dollarlıq dövriyyəsi olan biznes üçün şatdırılma bazarına yol açacaq.
“Amazon” hava limanı Sinsinnati ( Oqayo ştatı ) şəhəri yaxınlığında olacaq və burada hələ 2017-ci ildə Jeff Bezos 260 hektar ərazini 50 illik arendaya götürüb.
Hava limanı 1,5 milyard dollara başa gələcək. Bezosun qiymətləndirməsinə görə, bu, müştərilərin çatdırılması sürətləndirəcək və 2000-ə yaxın işçi yeri yaradacaq.
Açılış mərasimində “Amazon”un rəhbəri bildirib ki, Prime xidmətləri çərçivəsində ABŞ üzrə çatdırılmaları – iki gündən 24 saata qədər ikiqat artırmaq üçün belə səylər lazımdır.
Hava limanı 2021-ci ildə açılacaq və “Amazon”un üçüncü tərəf nəqliyyat şirkətləri xidmətindən asılılığını ciddi şəkildə azaldacaq. Hal-hazırda əsas məhsul payını təyyarələr və UPS və FedEx yük maşınları daşıyır.
Ekspertlər bildirirlər ki, “Amazon” müştəriləri üçün malların çatdırılmasının sürətləndirilməsi, hələ mümkün imkanların az bir hissəsidir. Biznes üçün malların çatdırılması ticarəti 400 milyard dollar dəyərləndirilir və “Amazon” bütünlüklə orada oynayan ən böyük oyunçulardan biri ola bilər. Bu sözləri Baird Equity Research eksperti Colin Sebastian deyib.