Elektron ticarət nəhəngi Amazon koronavirus epidemiyası ilə onlayn alış-verişə artan tələbi qarşılaya bilmək üçün ABŞ-da 100 min yeni işçi qəbul edəcək.
Amazon-un Dünya Əməliyyatları üzrə direktor müavini Dave Clark Kovid-19 epidemiyası ilə e-ticarətə olan tələbdə əhəmiyyətli bir artım olduğunu və işçilərə ehtiyac yarandığını bildirib.
Qəbul ediləcək işçilər anbarlarda və paylama şəbəkəsində işləyəcəklər.
Amazon işçilərin maaşlarını artırmaq üçün 350 milyon dollar ayıracaq. İşçilərin maaşı ABŞ-da 1 saat üçün 2 dollar, İngiltərədə 2 sterlinq və bir çox Avropa ölkəsində təxminən 2 avro artırılacaq.