Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri AMAL-a müraciətlər tarix açıqlandı

AMAL-a müraciətlər tarix açıqlandı

302
Paylaş

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı ilə bağlı biznes ideyası olan 35 yaşa qədər Azərbaycan vətəndaşlarını Aqrar Məşğulluğun Artırılması Layihəsində (AMAL) iştiraka dəvət edir.

Bu barədə “Bizplus.az”- a nazirlikdən bildirilib.

Nazirlikdən verilən məlumatda deyilir ki, iştirak üçün http://amal.gov.az/az/members/ səhifəsindəki formanı doldurmaq və əlaqə üçün şəxsi məlumatları yerləşdirmək lazımdır. Müraciətlər fevralın 15-nə qədər qəbul ediləcək.

Layihə mütəxəssisləri müraciət edən və seçim şərtlərinə uyğun gələn bütün şəxslərlə görüşəcəklər. Görüşlərdən sonra iştirakçılar hazırlıq səviyyələrinə və istəklərinə uyğun olaraq yönləndiriləcək. İştirakçılara biznes ideyalarının icra edilə biləcək plan halına salınması və reallaşdırılması istiqamətində dəstək veriləcək.

AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kənd yerlərində yaşayan gənclərin məşğulluğuna yönəlmiş layihəsidir. Layihənin əsas məqsədlərindən biri də innovativ aqrar layihələrin tapılıb dəstəklənməsidir. Layihə aqrobiznes ideyalarını reallaşdırmaq məqsədilə gəncləri lazım olan bilik və vəsaitlə təmin etməyə hədəflənib.

AMAL-la bağlı suallara amal.gov.az saytından və [email protected] elektron poçtu vasitəsilə cavab almaq olar.