“Alphabet”-in bir müəssisəsi olan “Sidewalk Labs” vətəndaşları yaxınlıqda videomüşahidə olması barədə xəbərdar edən işarələrin hazırlanması üzərində işləyir. Belə yol işarələri Nyu-York və Toronto şəhərlərində quraşdırılacaq.
“Sidewalk Labs” belə lövhələrin işlənməsinə ictimai qınağa görə başlayıb. Şirkət bu izləmə sistemini mümkün qədər şəffaf hazırlamaq istəyir, çünki onun özü də şəbəkə və sensor kölgə texnologiysına əsaslanır. “Sidewalk Labs”-da belə hesab edirlər ki,vətəndaşlar. şirkətlərin kim və nə üçün məlumatlar yığdığını bilmək hüququna malikdirlər.
“Sidewalk Labs”-ın ictimaiyyətlə iş üzrə şöbəsinin rəhbər müavini Jaklin Lu yazır: “ Rəqəmsal texnologiya bizi hər yerdə izləyir, lakin çox zaman onlar gözəgörünməz olur. Belə düşünək: istənilən şəhər gəzintisi zamanı siz videomüşahidə, yol kameraları, tranzit kartları yoxlayan cihazlar, hərəkət zolağı sayğacları, Wi-Fi –a qoşulma nöqtələri, qeydə alma sensorları ilə qarşılaşırsınız və onlar potensial olaraq bi-birləri ilə əlaqəlidirlər”.
2013-cü ildə ABŞ-ın Federal ticarət komissiyası şirkətləri, istifadəçilərə, şirkətlərin hansı şəxsi məlumatlarlarla və nə üçün daxil olmanı tələb etməsini izah edən bir indikatorun işlənməsinə ictimai şəkildə çağırış elan edib. Nəticədə, Techcrunch-ın yazdığına görə,bu ona gətirib çıxarıb ki, şirkətlər, peşəkar jarqonda çətin təlimatlar hazırlayıblar və bu da məlumatları göstərmək əvəzinə daha çox gizlədib.