“Alphabet” holdinqinin bazar dəyəri 1 trilyon dollara çatıb.
Bu barədə CNBC xəbər verib.
Korporasiya, bazar kapitallaşmasının həddi 1 trilyonu keçən dördüncü Amerika şirkəti olub. 2018-ci ildə bu göstəriciyə birinci “Apple” ($1,36 trilyon), ardınca isə “Microsoft” ($1,24 trilyon) və “Amazon” (1,7$ trilyon) şirkətləri nail ola biliblər.
“Alphabet” səhmlərinin ilin əvvəlindən 9% artması investorların fevral ayında şirkətin onlayn reklam gəlirlərində güclü artım olacağını ümid etməsi ilə əlaqədar olub.