Əsas səhifə Biznes sahələri Texnologiya Almaniyanın “Volocopter” startapı uçan taksisini təqdim edib

Almaniyanın “Volocopter” startapı uçan taksisini təqdim edib

47
VoloCity
VoloCity

Almaniyanın “Volocopter” startapı kommersiya istifadəsi nəzərdə tutulmuş üçün öz ilk hazırlamasını – “VoloCity”ni təqdim edib. Bu, əl yükü olan iki insanı saatda 110 km-dək sürətlə 35 km-dək məsafəyə daşıya bilən uçan taksidir. Yeni hazırlama vertolyot vintləri əvəzinə daha az səs çıxaran rotorlarla təchiz edilib.

“VoloCity” – bu, dördüncü nəsil avtomobildir, ilk üç nəsil sınaq və nümayiş məqsədilə hazırlanıb, 1000-dən çox uçuş həyata keçirilib. Şirkətin nümayəndəsi bildirib ki, onlar layihələşdirmə vaxtı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən müəyyənləşdirilmiş standartlara əsaslanıblar.

İndi “Voloctoper” uçuş və eniş üçün portların yaradılmasını, həmçinin şəhərlərdə hava hərəkətinin idarəetməsini nəzərdə tutan infrastruktur və ekosistemin inkişafı ilə məşğul olacaq.

Rəy bildir

Please enter your comment!
Please enter your name here