Əsas səhifə Biznes sahələri Texnologiya Almaniyanın sifarişinə əsasən “Audi” və “Airbus” şirkətləri pilotsuz uçan taksilər istehsal edəcəklər

Almaniyanın sifarişinə əsasən “Audi” və “Airbus” şirkətləri pilotsuz uçan taksilər istehsal edəcəklər

103

Bloomberg-in məlumatına görə, Almaniya hökuməti “Audi” və “Airbus” şirkətləri ilə İnqolştadt şəhərində pilotsuz uçan taksilərinin sınaqdan keçirilməsinə dair müqavilə imzalayıb.

“ Uçan taksilər artıq xəyal deyil, onlar bizi yeni hərəkətlilik dünyasına aparacaq. Artıq həmin texnologiyanı uğurla inkişaf etdirən şirkətlər və start-uplar üçün bu böyük bir fürsətdir” –  Anderas Şeyer, Alman Nəqliyyat Nazirliyinin rəhbəri bildirib.

Söhbət “Audi” və “ Airbus” şirkətlərinə  mart ayında təqdim olunan “Pop.Up Next” konseptindən gedir. O, həm yol, həm də hava ilə hərəkət edə bilən elektrik avtomobillərinin yaradılmasını nəzərdə tutur.

Taksi əsası dəyişdirilə bilən ikiyerli platformadan, yəni yolda sürmək üçün dördtəkərli  və havada uçmaq üçün səkkiz vintli drone-dən ibarətdir. Hərəkət metodunu marşrut təhlilinə əsasən maşın özü tətbiq edəcək.