Almaniyanın N26 onlayn bankı $300 milyon cəlb edib

Date:

Paylaş:

Alman N26 bank xidməti, son investisiya raundunda (mərhələsində) $2,7 milyard dəyərində qiymətləndirilib. Bu haqda TechCrunch yazır.

Yeni raundun liderləri Insight Venture Partners və Sinqapurun Suveren İnkişaf Fondu olmuşdur. Əvvəlki investisiya raundunu şirkət 2018-ci ilin mart ayında keçirmişdir, həmin dövrdə N26 sərmayəçilərdən  (Tencent də daxil olmaqla) $160 milyon ala bilib, xidmətin ümumi dəyəri isə $1 milyard keçməmişdi.

N26 xidmətinin köməyi ilə tez bir zamanda bank hesabı aça və debet kartı əldə edə bilərsiniz. Şirkətin heç bir fiziki şöbəsi yoxdur, o, Revolut, Monzo, Starling və Atom ilə rəqabət aparır.

Bu bank xidmətinin həmtəsisçisi və başçısı olan Valentin Stalf bildirib ki, xidmət Böyük Britaniya da daxil olmaqla, Avropanın 24 bazarında fəaliyyət göstərir. Şirkəti 2019-cu ildə ABŞ-da da fəaliyyət göstərməyi planlayır.

Hal-hazırda, şirkətdə Berlin, Barselona və Nyu-York şəhərlərində 700-ə yaxın işçi çalışır.

2018-ci ilin aprelində, N26-ın rəqiblərindən biri olan Revolut startup-ı, $250 cəlb edə bilmişdir. Startup-ın dəyəri isə $1,7 milyard təşkil edir.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...