Əsas səhifə Xəbərlər Xarici xəbərlər Almaniyalı rəssam “GoogleMaps”i belə aldatdı

Almaniyalı rəssam “GoogleMaps”i belə aldatdı

85
Paylaş

Almaniyalı rəssam Simon Vekkert “GoogleMaps”də virtual tıxac yaradıb.

O, 99 mobil telefonu arabaya yığaraq Berlinin küçələrində gəzdirib.

Telefonların istiqamətini izləyən “GoogleMaps” sistemi telefon sahiblərinin yavaş hərəkət etdiyini görərək onların tıxacda olduğuna qərar verib. Beləliklə, küçələr boş olsa da, “GoogleMaps” proqramında həmin küçələr qırmızı rəngə boyanıb.

Xidmətdən istifadə edən bəzi sürücülər həmin istiqamətlərdə tıxacın olduğunu zənn edərək marşrutlarını dəyişməyə qərarına gəliblər.

S.Vekkert bu hərəkəti ilə müasir dünyanın texnologiya və qazetlərdən necə asılı olduğunu göstərmək istəyib.