Almaniyada mülk alan azərbaycanlıların sayı çoxalır

Date:

Paylaş:

Almaniyada 2017-ci ildə kommersiya xarakterli daşınmaz əmlaka 57,3 milyard dollar investisiya yatırılıb.

Bizplus.az bildirir ki, xarici ölkə vətəndaşlarının bu investisiyada payı az deyil.

Təkcə 2018-ci ildə xarici ölkə vətəndaşlarının Almaniyada daşınmaz əmlaka yatırdıqları vəsait 25 milyard avronu keçib və 2017-ci illə müqayisədə 45% artıb.
Maraqlıdır ki, keçmiş Sovet respublikalarından, o cümlədən Azərbaycandan əmlak alıcılarının sayı artmaqdadır.

“Bizim Ukraynadan, Qazaxıstandan və Azərbaycandan kifayət qədər çox alıcımız var”-deyə “Tranio” əlan şirkətinin ofis rəhbəri Boris Eliasson deyib.

O, azərbaycanlı müştərilərinin, digər post sovet sakinləri kimi əmlakı ilk növbədə Berlində almağa meyl etdiklərini açıqlayıb. Paralel olaraq, Şərqi Almaniyanın Leypsiq, Maqdeburq, Yena şəhərlərinin də maraq kəsb etdiyini xatırladıb.

Almaniyada ən yüksək əmlak qiymətlərinin Şimali Reyn-Vestfaliya federal torpaqlarında olduğu və bu regiona daha çox Yaxın Şərqdən gələn ərəb zənginlərinin yatırım etdiyi bildirilir.

“Tranio”nun daxili statistikasına görə, keçmiş Sovet ölkələrinin sakinləri orta hesabla Almaniyadakı mülklərinə 455 min avro vəsait xərcləyirlər.

Bu ölkənin daşınmaz əmlakına ən çox yatırım edən ölkə vətəndaşları isə ABŞ, Böyük Britaniya, Fransa və Çin vətəndaşlarıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...