Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Almaniyada Facebook kriptovalyutasına qarşı yeni qaydalar təsdiq olunub

Almaniyada Facebook kriptovalyutasına qarşı yeni qaydalar təsdiq olunub

90
Paylaş

Ölkənin maliyyə naziri Olaf Scholz qeyd edib ki, hökumət özəl şirkətlərə öz pullarını buraxmağı qadağan edəcək.

Xəbər verdiyimiz kimi, Almaniya hökuməti blokçeynlə bağlı tamhəcmli strategiyanı təsdiqləyib. Ona əsasən, ölkə ərazisində alternativ pullar, eyni zamanda Facebook Libra-sı olmamalıdır. Reuters yazır ki, dövlət qurumları yeni texnologiyalarla bağlı risklərdən ehtiyat edir.

“Biz istehlakçıları və dövlətin suverenliyini qorumalıyıq. Dövlətin suverenliyinin əsas elementi valyuta yaymaq imkanıdır. Biz bu tapşırığı özəl şirkətlərə həvalə edə bilmərik” – deyə, Olaf Scholz bildirib.

Facebook-un blokçeyn bölməsinin rəhbəri David  Marcus əminliklə bildirmişdi ki, Libra pul kontekstində dövlət suverenliyini təhlükəyə atmayacaq. O, layihəni ödəniş şəbəkəsinin və sisteminin artıq mövcud olan valyutalar əsasında daha təkmil çeşidi kimi adlandırıb.