Əsas səhifə Biznes sahələri Texnologiya Alman startapı “Volocopter” 50 milyon avro investisiya cəlb edib

Alman startapı “Volocopter” 50 milyon avro investisiya cəlb edib

26

Alman startapı “Volocopter” (keçmiş “E-volo”) son investisiya raundu çərçivəsində 50 milyon avro həcmində vəsait cəlb edib.

Raundun lideri “Geely” və “Volvo” avtomobil istehsalçılarının sahibi olan “Zhejiang Geely Holding Group” olub. Bu günə kimi startap “Intel” və “Daimler” şirkətləri də daxil olmaqla investorlardan 81 milyon avro cəlb edib.

Cəlb olunan vəsait 2021-ci ildə baş tutacaq aerotaksinin kommersiya reyslərinin işə düşməsinə hazırlığa sərf ediləcək.

Xatırldaq ki, avqustun 21-də startap “Volocity” adlı ilk pilotsuz kommersiya aerotaksisini təqdim edib. Nəqliyyat vasitəsi 110 km/saat sürətlə 2 nəfəri 35 kilometr məsafəyə kimi apara bilir. Prototiplərdən birinin test uçuşu Helsinki hava limanında həyata keçirilib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here