Alman avtomobil istehsalçıları elektrik avtomobillərə 40 milyard avroluq sərmayə qoyacaqlar

Date:

Paylaş:

Bu qərar atmosferə karbon qazının emissiyalarının azaldılmasına yönəlib, alman avtomobil sənayesi assosiasiyasının (VDA) rəhbəri Bernard Matthes bildirib.

Alman avtomobil sənayesi üç il ərzində elektrikli nəqliyyat vasitələrinin yaradılmasına 40 milyard avrodan çox sərmayə yatırmaq və bu tip nəqliyyat vasitələrinin sayını üç dəfə artırmaq niyyətindədir. Bu barədə Almaniyanın avtomobil sənayesi assosiasiyasının rəhbəri Bernard Matthes bildirib.

Onun sözlərinə görə, bu plan Avropa İttifaqının karbon qazının emissiyalarının azaldılması məqsədilə bağlıdır, bu tapşırığın yerinə yetirilməsi üçün infrastrukturun genişləndirilməsi tələb olunacaq. Avropada “elektromobilliyin” artımı başlayır, Matthes deyir.

VDA rəhbəri qeyd edib ki, istehlakçıları bu tip avtomobillərin əldə edilməsi fikrindən yüksək qiymətlər, birbaşa yüklənmənin məhdud məsafəsi və inkişaf etdirilməmiş infrastrukturlar daşındırır. Önümüzdəki üç il ərzində Almaniyanın ən böyük avtomobil istehsalçıları – Volkswagen, Daimler və BMW – bazarda yüzlərlə elektrikli nəqliyyat vasitələri ilə təqdim ediləcək. Matthes hesab edir ki, bu cür nəqliyyat vasitələrini almaq üçün insanlar daha çox təşviq almalıdırlar.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...