San-Fransiskoda yaranan start-up, ayaqqabı sənayesinə qarşı müharibə elan etdi və hər şeyi fərqli yanaşma ilə həyata keçirdi: sintetika əvəzinə, şirkət təbii materiallardan istifadə edir, rəflərdə yüzlərlə modellərin əvəzinə-cəmi iki model satır, şou-biznes ulduzlarından promo əvəzinə ən böyük şirkətlərin rəhbərlərindən razılıq gözləyir.
İmkan
2017-ci ildə ABŞ-da idman ayaqqabıların bazar həcmi 19 milyard dollar səviyyəsində qiymətləndirilirdi. Həcmə baxmayaraq, bu bazar son dərəcə rəqabətlidir: Nike, Adidas, Armor, Reebok, New Balance, Skechers bazarın 70% -ni təşkil edir.
Bu markalar, müxtəlif dizaynlarla və müxtəlif qiymətlərlə mümkün olan ən geniş auditoriyaya çatmaq üçün geniş çeşiddə idman ayaqqabıları istehsal edirlər. Hər brend idmançılara, rap ulduzlarına və digər məşhurlara sponsorluq etməklə milyardlarla dollar sərf edir.
Daha yaxşısını tapmaq çox çətin görünürdü. Lakin, San Fransiskodan AllBirds start-up öz yerini tapa bildi. 2016-cı ildə ilk təqdimat zamanı onlar özlərini «yer üzündə ən rahat ayaqqabı» adlandırdılar. Göründüyü kimi, bu bəyanatı uğurla təsdiqləyiblər: açılışdan iki il keçdikdən sonra satış yüz milyon dollardan çox olub və şirkət 380 milyon dollar dəyərindədir.
Sərmayəçilər arasında Starbucksun təsisçisi Howard Schulz, Warby Parkerin təsisçiləri və Crocs-un əməkdaşları var.
AllBirdsdə niyə alındı? Amerika mətbuatının jurnalistləri hesab edirlər ki, start-up Silikon Vadisi nümayəndələrinin zövqünə oxşamağı bacardılar . Orada sadə bir moda sevilir: Mark Tsukerberq, sadə boz rəngli t-shirtlər geyinir , Jobs qara uzunboğaz köynəklərdə gəzir, Jack Dorsey eyni model cins geyinir. Onlar əsas rənglərə və rahatlığa üstünlük verərək, geyimləri ilə fərqlənmək istəmirlər.
AllBirds-dən ayaqqabılarda heç bir logo yoxdur, qoyun yunundan hazırlanır, sadə və şık görünür və 95 dollara başa gəlir. Həmçinin, bir çox nəşrlər ayaqqabıların həqiqətən çox rahat və praktik olduğunu qeyd edir. Və bu boş bir söz deyil: Silikon Vadisində yayda isti olur, rahat və örtülü ayaqqabı tapmaq – çətin bir işdir. AllBirds bu problemi həll edir.
Bu ayaqqabılardan Larry Page, Marissa Mayer və Ben Horowitzləri geyinir. Moda dünyasında çox məşhur liderlər olmasalarda, bu AllBirds-ün yanaşmasının işlədiyini göstərir.
Necə başlayıblar
Tim Braun (solda) və Joey Zwillinger, AllBirds-in təsisçiləri
Şirkət, Yeni Zelandiyadan peşəkar futbolçu Tim Braun və Silikon Vadisindən Biotech mühəndisi Joey Zwillinger tərəfindən 2015-ci ildə təsis edilib.
Tim artıq on il bundan əvvəl qoyun tükündən ayaqqabı düzəltmək fikrinə gəlmişdi. Onun futbol karyerası parlaq idi: 2010-cu ildə Cənubi Afrikadakı Dünya Kubokunda öz ölkəsini təmsil edirdi. Karyerası bitdikdən sonra o, nə iləsə məşğul olmaq lazım olduğunu başa düşürdü. Sonra idman ayaqqabı sektorunu dəyişdirməyə qərar verdi.
«Nike idmançı kimi mənə sponsorluq edirdi və mən dəfələrlə pulsuz mallar və ayaqqabılar alırdım. Amma hər zaman hər şeydə Nike loqosu olmağı məni gərginləşdirdiyini vurğulayırdım »,Tim xatırlayır. Sonra o, bazarda heç bir brendinqi olmadan sadə cüt ayaqqabının olması ideal olardı düşünərək axtarışa başlayır, lakin belə ayaqqabı o tapa bilmir.
Yeni Zelandiyada 30 milyondan çox qoyun yaşayır. Hər Yeni Zelandiyalı bilir ki, yun mükəmməl bir materialdır: hər hansı bir temperaturda rahatdır, heç bir qoxusu yoxdur, nəmi çəkir. Tim düşündü, « Qoyun yünü ayaqqabı üçün əla bir material ola bilərmi? Niyə ayaqqabı sənayesi bu təbii materialı görmür?»
2012-ci ildə karyerasını bitirdikdən sonra Tim London İqtisadiyyat Məktəbində MBA-ya daxil oldu. Yun ayaqqabılarla layihə təqdim edərkən, sənayenin son dərəcə rəqabətli olduğunu iddia edən professorların heç biri bu fikri dəstəkləməyib.
Lakin Tim onlara qulaq asmadı və prototiplə məşğul olmağa başladı. Daha sonra Tim böyük sənayeçilərin dəri və ya sintetik materiallardan istifadə etdiyinə diqqət yetirdi. Təbii materiallardan hazırlanan ayaqqabı fikri maraqlı görünməyə başladı.
Tim, Yeni Zelandiya Yün Sənaye Birliyindən bir qrant aldı. 2014-cü ilin mart ayında kampaniyanı Kickstarter-də buraxdı. Kampaniya Timin bir dostunun təsərrüfatında qoyunların ardınca qaçdığını göstərən bir videoroliknən işıq üzünü gördü.
Qeyd edək ki, «AllBirds» adı şirkətin erkən dəstəkçilərindən biri tərəfindən icad edilmişdir.
Şirkət beş gün ərzində 120 min dollar qazanmaq məqsədinə çatdı. Həmçinin, şirkət dərhal investisiya üçün təkliflər almağa başladı. Daha sonra Tim, Silikon Vadisində gənc biotexnologiya şirkətində çalışan həmtəsisçisi Joey Zwillingerlə tanış oldu.
Danışıqlardan sonra tərəfdaşlar ortaq biznes yaratmağa qərar verdilər. Tim San Fransiskoya köçdü. AllBirds rəsmi olaraq 2016-cı ilin mart ayında məhsullarını satışa çıxardı. O vaxtdan etibarən, şirkət, corabsız istifadə edilə bilən və qoxu yaratmayan ayaqqabıları satır, ayaqqabı həmdə paltaryuyan maşında yuyula bilər.
Şirkətin əsas müştəriləri meqapolisdə yaşayan 20-30 yaşlı insanlardır. Onlar aktivdirlər, səyahət etməyi sevirlər və onlar üçün geyindikləri şeyin hansı materialdan hazırlandığı vacibdir. Şirkətin üç müştərisindən ikisi ayaqqabı ilə corab geyinmədiklərini deyirlər.
İlk dövrlərdə, AllBirds sosial şəbəkələrdə xüsusilə aqressiv idi. Bəzi müştərilər qeyd edirlər ki, şirkətin hədəfi hər yerdə onları təqib edirdi. Əsas satış kanalı- Facebook. Şirkət alqı-satqı etmiş insanların profillərini təhlil edən və daha sonra reklamları göstərmək üçün oxşar istifadəçiləri seçən Facebook alətini “Lookalie Audiences” istifadə edir.
Bu gün işlər necə gedir
Yalnız iki il ərzində şirkət 27,5 milyon dollar cəlb edib.
-2014-cü ilin fevralında: 119 min dollar – Kickstarter-da kraudfandinq.
-2016-cı ilin martında: seed-mərhələsində 2,7 milyon dollar 7,3 milyon dollar dəyərində olduqda
-2016-cı ilin sentyabr ayında : 7,3 milyon dollar 32,3 milyon dollar dəyərində olduqda
-2017-ci ilin sentyabrında 385 milyon dollar dəyərində qiymətləndirmə mərhələsində Tiger Globaldan 17,5 milyon dollar cəlb edib.
Şirkətdə 100-dən çox insan çalışır. Şirkət ilk iş günündən gəlirlidir.
Şirkət müəllifləri prorotipi mağazanın rəfində yerləşdirmədən öncə 60-80 prototip üzərində işləyirlər. Zwillinger qeyd edir: «Biz adi bir istehsalçı kimi işləmirik, iki və ya üç nümunə çıxararaq məhsulu satışa buraxmırıq. Müştərilərə daha az seçim veririk, ancaq bu seçimi xüsusi edirik».
Şirkətin üç pərakəndə satış yeri var: San Francisco, Nyu-York və Toronto.
Əsas bazarlar: New York, San Francisco, Atlanta və Yeni Zelandiyada yerləşir. Qeyd etmək lazımdır ki, şirkətin müştərilərinin əksəriyyəti Atlanta şəhərindədirlər.
Alıcıların 55% -i qadın, 45% -i kişilərdir.
İndi şirkət odundan ayaqqabılar üzərində işləyir. Lakin bitki komponentlərinə əlavə olaraq, emal edilmiş plastik şüşə kimi materiallardan istifadə ediləcək.
Hansı səbəbdən onlarda alındı?
Mənim fikrimcə, AllBirds-in uğuru bir neçə komponentə bağlıdır.
Vaxt
Şirkət Kickstarter-da 2014-cü ildə fəaliyyətə başladı və pərakəndə satışa isə 2016-cı ildə başlayıb. 2012-ci ildən 2016-cı ilədək – ABŞ-da athleisure seqmentinin zirvəsi, taytlar və sport ayaqqabılar cins və casual ayaqqabılara üstün gələn vaxtları idi. İndi bu tendensiyada durgunluq yaşanır, lakin AllBirds bu tendesiyanın ən zirvə vaxtında ortya çıxdı, bu səbəbdəndə məşhurlaşdı.
Məhsul
Modelləri ilə bazarını dolduran digər ayaqqabı istehsalçılarından fərqli olaraq, AllBirds müştərilərini dinlədi və bazar üçün uyğun bir məhsul təqdim etdi: ayaqqabıları corabsız geyinmək rahatdır, onları istidə geymək rahatdır, xarici brendinqsizdirlər.
Şirkətin «Ən rahat ayaqqabıları etmək» missiyası «dəbdəbəli olmayan» Silikon Vadisi nümayəndələrinin zövqüncə oldu.
Sosial missiya
Yəqin ki, ABŞ-da orta və yuxarı siniflərin nümayəndələri dəri və digər əşyalardan hazırlanmış məhsullardan qəti şəkildə qaçırlar. Qoyun paltarları cruelty free-materialdır, yəni bunun üçün heyvanı öldürmək lazım deyil. Həmçinin, bu material emal zamanı az tullantılar buraxır və ətraf mühitə zərər vermir. Şirkət bu barədə hər küncdə danışmaqdan tərəddüd etmir və «yaşıl texnologiyaları»-a üstünlük verən Silikon Vadisi bu yanaşmanı dəstəkləyir.