DeepMind şirkəti ABŞ-ın veteranlarla iş üzrə Departamenti ilə tərəfdaşlıq çərçivəsində xəstəliklərin aşkar edilməsi üçün süni zəka alqoritmi hazırlayıb.
Alqoritm, hələ üzə çıxmasına 48 saat qalmış böyrək çatışmazlığını müəyyən edə biləcək. Bu xəstəlik hər il 500 min-ə yaxın insanın ölümünə səbəb olur. Bu xəstəliyi ilkin mərhələdə müəyyən etmək çətindir və buna görə də araşdırmaçılar vəziyyəti dəyişmək üçün süni zəkadan istifadə etmək qərarına gəliblər.
Proqramçıla hər il milyonlarla insanın ölümünə səbəb olan digər xəstəlikləri də müəyyən edə biləcək yeni alətlər modeli təqdim etməyi düşünürlər. DeepMind komandası bu işi Google Health-la birgə davam etdirəcək.