Hindistanın Mandi texnoloji institutunun araşdırmaçıları ətraf mühitdən gələn istini elektroenerjiyə çevirməyə imkan verən termoelektrik material hazırlamağa başlayıblar. Bu barədə AsiaOne xəbər verir.
“Texnologiya Zeebeka ( termoelektrik effekt ) effekti prinsipi əsasında işləyir, belə ki, onunla elektrik enerjisi iki materialın birləşməsindən əmələ gələn temperatur fərqindən yaranır” – deyə, universitetin professoru Adjei Sonny bildirib. Hazırlanmasının təfərrüatları göstərilmir, lakin yazıda qeyd olunur ki, araşdırmaçılar sınaqlar gedişatında uğurlu nəticələr əldə edə biliblər.
Qəzetdə deyilir ki, dünya üzrə emal olnan enerjinin təxminən 70%-i istilik şəklində itirilir və bu da qlobal istiləşmənin əsas faktorlarından biridir. Bununla əlaqədar olaraq, son illər ətraf mühit istiliyini elektroenerjiyə çevirən texnologiyanın hazırlanması aktuallaşıb. Belə proqram işləri ilə məsələn, Volkswagen, Volvo, Ford və BMW məşğul olurlar.