Alimlər premium-sinif çay paketlərinin sağlamlıq üçün təhlükəli olduğunu bildiriblər

Date:

Paylaş:

Bəzi premium brend çay paketləri fincanda milyardlarla plastik mikroskopik hissəciklər buraxırlar. Belə qorxuducu qənaətə Kanada alimləri gəliblər. Onlar qaynatma prosesi ilə sınaq həyata keçiriblər.

Mikroplastiklər ətrafda geniş yayılıblar və onlara qida məhsullarının tərkibində də rast gəlinir. Ümumdünya Sağlamlıq Təşkilatı əvvəllər belə hissəciklərin təhlükəsiz olduğunu deyirdilər, amma aparılan araşdırmalar göstərib ki, birdəfəlik çay paketlərinin əksəriyyəti kağızdan hazırlandığı halda bəzi premium markalar plastik setkalardan istifadə edirlər.

Araşdırmaçılar boş çay paketlərini 95 dərəcəyədək qaynayan suya salıblar. Məlum olub ki, bir çay paketi qaynar suya təxminən 11,6 milyard mikroplastik və əlavə 3,1 milyard kiçik nanoplastik hissəciklər buraxır. 

Environmental Science and Technology jurnalında dərc olunan araşdırmaya görə, bir belə çay paketində olan həmin hissəciklərin sayı qida məhsullarının tərkibində olandan çoxdur. Alimlər əvvəllər əldə edilən nəticələrlə müqayisədə özünü göstərən plastik materialların say çoxluğundan dəhşətə gəliblər.

Araşdırmaçılar qeyd ediblər ki, plastikdən dəmləmə çay istehsal etməyə ehtiyac yoxdur. Çünki, insanlar plastik kütlə udur, təbiət isə əlavə tullantı qazanır. Alimlər onların araşdırmasının istehlakçıları nə içdikləri üzərində düşünməyə vadar edəcəyini qeyd ediblər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...