Massaçusets texnologiya universitetinin mütəxəssisləri mm-dən də kiçik ölçülü “robot-ilan” yaradıblar. O, anevrizm və insultdan ölüm hallarının qarşısını almağa kömək edəcək.
Bu barədə Naked Science xəbər verir. Nazik robot, sürtünməni 10 dəfəyədək azaldan hidrogel və ferromaqnit domenlər sayəsində ən dar arteriyalarda belə hərəkət edə bilir. O,insanın beynində və damarlarında ilan kimi dövr edə bilir. “İlan”ın nüvəsi, əyilib daha sonra isə öz əvvəlki təbii halına qayıda bilən nikkel-titan ərintisindən hazırlanıb.
Həkim robotu lazım olan istiqamətə yönləndirə bilər və onu laxtalanması və anevrizmi olan beyin qan damarlarının silikon surətində sınaqdan keçiriblər. Proqramçılar belə hesab edirlər ki, bu iş sayəsində beynin çətin əlçatan hissələrini sürətlə müalicə etmək mümkün olacaq.
Həkimlər bugün, bu incə teldən qan laxtalanmasını müalicə etmək üçün istifadə edirlər – onlar onu, flüoroskop teli beyinə çatdırmağa kömək etməklə şəkilləri çəkənədək ayaqdan keçirirlər. Sonra isə ya kateter laxtalanmanı durulaşdıran dərmanı çatdırır ya da cihaz onu aradan qaldırır.
Alimlər insultun ağır nəticələrinin qarşısını almaq üçün “robot-ilan” yaradıblar
Date:
Paylaş: