Alimlər DNT əsaslı kiçik robotlar yaradıblar

Date:

Paylaş:

 Amerikalı tədqiqatçıların bu ixtiraları süni həyatı xatırladır. Lakin onların özləri bunu biomaterial adlandırırlar. İnkişaf mərhələsinə görə isə bu ixtira artıq bəzi canlı orqanizmləri xatırladır. Bu barədə The Next Web saytına istinadən Hightech.plus saytı xəbər verib. Machine learning və sensorlu texnologiyaların inkişafı sayəsində robototexnika sahəsi əsl Renessans dövrünü yaşayır. Robotların hər bir yeni nəsli əvvəlkindən daha ağıllı və qəliz olur.

    Lakin Kornell Universitetinin tədqiqatçıları əmindirlər ki, robotlara təkamül prinsipini öyrətməklə bu prosesi daha da sürətləndirmək olar. Buna görə də tədqiqatçılardan ibarət komanda DNT əsasında kiçik robotlar yaradıblar. Onlar hərəkət edə, resurs qəbul edə, transformasiya ola və ölə bilərlər. Bu, həyatı xatırladır. Lakin tədqiqatçılar öz ixtiralarını süni metabolizmə sahib qəliz biomaterial adlandırırlar. İnkişaf səviyyəsi baxımından bu biomaterial kifi və digər göbələk formalı primitiv orqanizmləri xatırladır.

    İxtiranın müəllifləri qeyd ediblər ki, DNT əsaslı robotları patogenlərin aşkar edilməsi və regenerasiya özəlliyinə sahib hibrid nanomaterialların yaradılması üçün istifadə etmək olar. Təkamül prosesi sayəsində isə DNT əsaslı bu robotlar öz aralarında rəqabət aparmaqla daha effektiv olacaqlar. Kiçik canlı robotların yaradılması hələki ilkin mərhələdədir. Lakin tədqiqatçılar ümid edirlər ki, günlərin birində bu ixtira müəyyən ehtiyaclar üçün proqramlaşdırıla bilən öz-özünü istehsal qabiliyyətli orqanik sistemlərin yaradılmasına gətirib çıxaracaq. Bu isə nəinki texnologiyaların həm də bizim həyat anlayışımızda vacib dönüş nöqtəsi olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...