Kosmonavtlar və taksi sürücüləri zaman keçdikcə beyinlə bağlı problemlər yaşayırlar. Bu barədə araşdırmalara istinadən РИА “Новости” yazır.
Kosmonavtlar bu problemlə daha çox üzləşirlər. Kosmosa uçuşdan sonra onlarda beynin temporal korteksindəki boz maddənin həcmi 3% azalır.
Kosmonavtlarda həmçinin parietal loblarda serebrospinal mayenin dövranında pozuntular da aşkarlanıb, bundan başqa beyin qabıqları yerini dəyişib və frontal və parietal lobları ayıran şırım daralıb.
Bunu Almaniya, Çin və ABŞ-ad olan alimlər sübut ediblər. Onlar Beynəlxalq kosmik stansiyada olanların uçuşdan əvvəlki və sonrakı MRT-lərini müqayisə ediblər.
Digər alimlər isə naviqatordan istifadə edən taksi sürücülərinin beyinlərində problemlər aşkarlayıblar. Naviqatorla daimi səfərlər zamanı sürücülərdə qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçidi təmin və məkanla bağlı məlumatları təhlil edən yaddaş mərkəzi kiçilir.