Əsas səhifə Xəbərlər Digər xəbərlər Alimlər startap işçiləri üçün kalkulyator hazırlayıblar

Alimlər startap işçiləri üçün kalkulyator hazırlayıblar

12
Paylaş

Stenford Ali Biznes məktəbinin vençur kapital və maliyyə üzrə professoru öz köməkçisi ilə birlikdə onlayn-kalkuyator hazırlayıb. Onun köməyilə startapların öz işçiləri üçün buraxdıqları qiymətli kağızların dəyərini hesablamaq mümkündür. Bu barədə Business Insider yazır.

Bəzi özəl şirkətlər öz əməkdaşlarına ödənişli opsiyon (qiymətli kağız) sxemini təklif edirlər. O, əməkdaşın müəyyən sayda səhmlərə qiymətli kağız əldə etməsi ilə bir neçə ildən sonra  həmin səhmləri daha baha qiymətə sata bilməsi imkanını özündə daşıyır – dəyər, şirkətin uğurunlarından asılı olacaq.

Nəzərə alsaq ki, heç də bütün işçilər qiymətli kağızlar əldə etməklə nə qazadıqlarını bilmirlər bu xüsusi kalkulyator onlara kömək edəcək. O, özəl investorlar tərəfindən maliyyələşmiş 130 iri şirkət barədə məlumatlar əsasında fəaliyyət göstərir. Kalkulyator hələ ki, səhmlərin təxmini dəyərini verir və beta-versiya rejimində çalışır.