Müasir dövrümüzdə bazar iqtisadiyyatının əsas hərəkət verici qüvvələri satıcılardır. Satıcılar müxtəlif vəzifələrdə müxtəlif cür adlanırlar: Satıcı-konsultant, satış məsləhətçisi və ya adi halda satıcı. Satış yeganə sahədir ki, əsrlər boyu olub və hər zaman da olacaq. Çünki insanlar mövcuddursa daim hansısa məfhuma (bu əmtəə və ya qeyri-əmtəə ola bilər) ehtiyacı da olacaq. Qədim dövrlərdə insanlar əmtəəni satmırdılar, ancaq mübadilə yolu ilə dəyişirdilər. Misal üçün: Mən də artıq 1 kq alma var, Vəlinin isə 1 kq narı var. Mənə nar lazımdır, ona da alma, beləcə ehtiyacımızı qarşılamış oluruq. Lakin zaman keçdikcə, iqtisadiyyat böyüdükcə insanların tələbi çoxalır və beləliklə ən böyük kəşflərdən biri olan pul yaranır. Mənə görə satış elminin (satmaq sənəti elmdir) əsası məhz pulun yaranması ilə qoyulub.
Ölkəmiz artıq 27 ildir ki, müstəqillik qazanıb. Bazar iqtisadiyyatı modelini seçdiyinə görə Azərbaycanda satış elminin müasir inkişafını məhz bu dövrdən bağlamaq olar. Azərbaycan 70 il ərzində sosial-komunizm bazar modelli ölkədə yaşadığına görə satış adamlarına münasibət birmənalı olaraq yaxşı deyildi, onlar xain adamlar kimi qələmə verilirdi. Halbuki qəbahətli nə var ki? Mən mal satıram, pul qazanıram, başqası isə alır və faydalanır
İndi isə gələk mövzumuzun əsas hissəsinə; ölkəmiz neft və qazla zəngin olduğu üçün uzun illər ölkəmizdə BUM iqtisadiyyatı yaşandı. İnsanlar bolluq içinə düşdülər. Dollar çox zəif, manat isə hədsiz baha idi. Bu dövrdə yalançı satıcılar,”menecer”lər ortaya çıxdı. 1 kitab oxuyub kostyum geyinən insan özünü satış meneceri kimi qələmə verirdi. Təbii ki, malları da satılırdı çünki burada fərqli bazar qanunları işləyirdi, yəni ki, “ALICI ALIRDI SATICI SATMIRDI”
Beləliklə neft qiymətləri endi, Azərbaycan iqtisadiyyatı ciddi şəkildə reforma oldu. Manat dəyərdən düşdü, dollar dəyər qazandı. İxracımız aşağı endi, iş yerləri bağlandı. Həmin satış menecerləri artıq əvvəlki kimi satış edə bilmirdilər. Çünki əhalinin alıcılıq səviyyəsi ciddi şəkildə aşağı enmişdi. Müəsisələrin çoxu bağlandı, çünki çox müəssisə və şirkətlərdə marketinq, insan resursları kimi vacib və strateji departamentlər yox idi. Olan şirkətlərin çoxunda həmin departamentlər isə qohum əqraba tərəfindən yönəldiridi
Reformalardan sonra artıq şirkətlər həyacan təbili çaldılar. Artıq işi bilən mütəxəssislərə ciddi şəkildə ehtiyac var idi, yenə də var. Bazarda müəyyən pay almaq, işləri irəli aparmaq üçün şirkət rəhbərləri işini bilən mütəxəssisləri işə alır və onlara yüksək maaş verirlər. Bunu etməyən şirkətlər, necə deyərlər “QƏM” modeli ilə işləyən şirkətlər isə batmağa məhkumdurlar (QƏM=Qohum Əqraba Modeli)
İlkin Mirzəzadə, bizplus.az