“Alibaba”nın rəhbəri sentyabrda vəzifəsindən ayrılacaq

Date:

Paylaş:

Elektron ticarət nəhəngi “Alibaba”nın qurucusu və rəhbəri Cek Ma 2019-cu ilin sentyabr ayında şirkətdən ayrılmaq planlarını təsdiqləyib.

“Bizplus.az” “Report”-un “TASS”-a istinadla yaydığı xəbərdə bildirir ki, o, bu baradə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

Cek Ma jurnalistlərin sentyabrda “Alibaba”dan ayrılmaq planlarının dəyişib-dəyişməməsinə dair sualına “Qərar qərardır” deyə cavab verib.

Daha əvvəl bu barədə “Alibaba Group”a məxsus olan “South Morning Post” qəzeti yazıb. Cek Ma isə 2018-ci ilin sentyabr ayında həmkarlarına ünvanladığı məktubda yumşaq və uğurlu keçid təmin etmək məqsədi ilə daha bir il vəzifəsində çalışmaq niyyətində olduğunu açıqlayıb.

Bu ayrılıqdan sonra iş adamı “Alibaba”nın idarə heyətində qalacaq və azı 2020-ci ilə qədər şirkətin necə idarə olunduğuna nəzarət edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...