Əsas səhifə Xəbərlər Biznes xəbərləri Alibabanın qurucusu ABŞ-da milyonlarla iş yerini yaratmaqdan imtina etdi

Alibabanın qurucusu ABŞ-da milyonlarla iş yerini yaratmaqdan imtina etdi

205

Çin nəhəngi Alibaba Qrupu ABŞ-da milyonlarla iş yeri yaratmaq planından imtina edib.bunu, şirkətin qurucusu Jack Ma qeyd edib.

Ma bildirib ki, qərar Çin və ABŞ arasında gedən ticarət müharibəsi ilə bağlıdır.

Milyarder ölkələrin yaxşı ticarət tərəfdaşları olduqları zaman ABŞ-da iş yerləri yaratmağı vəd etdiyini  vurğulayıb. Hazırkı vəziyyəti nəzərə alaraq, bunu yerinə yetirə bilməz.

ABŞ prezidenti Donald Trump ilə  keçən ilin əvvəlində görüşdükdən sonra, Jack Ma ilk dəfə milyonlarla amerikalıya işlə təmin etmək niyyətində olduğunu bildirib. Daha sonra Alibabanın qurucusu  piarda  ittiham olunurdu, çünki söz verdiyi iş yerləri ölkənin ümumi əmək bazarının demək olar ki, bir faizini təşkil edir.