Çin nəhəngi Alibaba Qrupu ABŞ-da milyonlarla iş yeri yaratmaq planından imtina edib.bunu, şirkətin qurucusu Jack Ma qeyd edib.
Ma bildirib ki, qərar Çin və ABŞ arasında gedən ticarət müharibəsi ilə bağlıdır.
Milyarder ölkələrin yaxşı ticarət tərəfdaşları olduqları zaman ABŞ-da iş yerləri yaratmağı vəd etdiyini vurğulayıb. Hazırkı vəziyyəti nəzərə alaraq, bunu yerinə yetirə bilməz.
ABŞ prezidenti Donald Trump ilə keçən ilin əvvəlində görüşdükdən sonra, Jack Ma ilk dəfə milyonlarla amerikalıya işlə təmin etmək niyyətində olduğunu bildirib. Daha sonra Alibabanın qurucusu piarda ittiham olunurdu, çünki söz verdiyi iş yerləri ölkənin ümumi əmək bazarının demək olar ki, bir faizini təşkil edir.